20 Avqust 2025, 12:33
FUTBOL
İngiltərə Peşəkar Futbolçular Assosiasiyası ilin futbolçusunu açıqlayıb.
Matc.az xəbər verir ki, "Liverpul"un vingeri Məhəmməd Salah ən yaxşı seçilib. Misirli ulduz bu mükafatı 3 dəfə qazanan ilk oyunçu kimi tarixə düşüb.
33 yaşlı futbolçu 2018 və 2022-ci illərdə də ilin ən yaxşısı seçilib.
Qeyd edək ki, Məhəmməd Salah ötən mövsüm "Liverpul"un heyətində keçirdiyi 52 oyunda 34 qol vurub, 23 qol ötürməəsi edib.