“Təslim olmamalıyıq. Çünki fərqi aradan qaldırmaq üçün imkanlarımız olacaq".

"Ferentsvaroş" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Qarabağ"a 1:3 hesabı ilə uduzub.

Matc.az xəbər verir ki, Macarıstan təmsilçisinin kapitanı Denes Dibuş oyundan sonra ölkəsinin mətbuatına açıqlama verib. 34 yaşlı qapıçı "Qarabağ"ın üstün oynadığını deyib:

"Rəqib qollar vurdu, ilk hissədə imkanları oldu, amma xoşbəxtlikdən onlardan yararlana bilmədilər. Çox gözəl fərdi hərəkətin sonunda Barnabás Varqa qol vura bildi. İkinci hissədə daha bir əla fürsət əldə etdik. Yarımmüdafiəyə nəzarət edə bilmədik, ikinci topları götürə bilmədik. “Qarabağ” bizdən bir az üstün oldu. Amma təslim olmamalıyıq. Çünki fərqi aradan qaldırmaq üçün imkanlarımız olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest