"Ferentsvaroş" UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la ilk oyununda ciddi itki ilə üzləşib.

Matc.az xəbər verir ki, Macarıstam təmsilçisinin yarımmüdafiəçisi Bence Ötvös birinci hissədə zədələnərək meydanı tərk edib.

Topuğundan xəsarət alan 27 yaşlı futbolçu qarşılaşmadan sonra stadionu əsa ilə tərk edib. Onun zədəsinin nə qədər ciddi olduğu tibbi müayinədən sonra məlum olacaq.

Tibbi müayinədən sonra Ötvösün Bakıdakı cavab oyununda iştirak edib-etməyəcəyi bilinəcək. Qarşılaşma avqustun 27-də baş tutacaq. Macarıstandakı ilk görüş "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest