"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Matc.az xəbər verir ki, turnirin III təsnifat mərhələsində "Ferensvaroş" (Macarıstan) Budapeştdə Bolqarıstan çempionu "Ludoqorets"i qəbul edib.

İlk oyunu 0:0 hesabı ilə başa çatan qarşılaşmanın cavab görüşündə, meydan sahibləri 3 cavabsız qolla qələbə qazanaraq "Qarabağ"ın rəqibi olub. 

Qeyd edək ki, "Qarabağ"ın "pley-off"da ilk oyunu avqustun 19-da Budapeştdə, cavab matçı avqustun 27-si Bakıda keçiriləcək.

"Qarabağ" "Ferensvaroş"la bir dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə isə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest