08 Avqust 2025, 12:54
FUTBOL
"Qarabağ" UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Şkendiya" ilə üz-üzə gələcək.
Matc.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tuutacaq görüşə bilet satışıdavam edir.
Artıq qarşılaşma üçün 14 500 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" matçı avqustun 12-də, saat 20:00-da start götürəcək. Şimali Makedoniyada baş tutan ilk oyun Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
