"Liverpul" rəhbərliyi italiyalı vinger Federiko Kyeza ilə bağlı planlarını dəyişib.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
İngiltərə çempionunun rəhbərliyi Kyezanın agenti Fali Ramadaniyə məlumat verib ki, italyalı futbolçu komandaya lazımdır. "Liverpul"un planlarının dəyişməsinə cinah yarımmüdafiəçisi Luis Dias və hücumçu Darvin Nunesin satılması təsir edib.
Daha əvvəl Kyezanın bu yay "Liverpul"u tərk etmək istədiyi bildirilirdi. Onunla A Seriyasının bir sıra aparıcı klubları maraqlanır.
Qeyd edək ki, keçən mövsüm Kyeza "Liverpul"un heyətində bütün turnirlərdə 14 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
İtalyanın müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir, futbolçunun transfer dəyəri 18 milyon avro olaraq qiymətləndirilir. Cinah oyunçusu keçən yay "Yuventus"dan "Liverpul"a keçib.