"Bornmut"un müdafiəçisi İlya Zabarnıy karyerasını Fransada davam etdirəcək.

Matc.az xəbər verir PSJ ukraynalı futbolçunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Paris təmsilçisi Zabarnıy üçün İngiltərə klubuna 67 milyon avro  təzminat ödəyəcək. 22 yaşlı mərkəz müdafiəçisi PSJ ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, İlya Zabarnıy ötən mövsüm "Bornmut"un heyətində keçirdiyi 39 oyunda 1 qol ötürmsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest