"Qəbələ"nin futbolçusu Salihu Nasiru Nigeriyanın U-20 milli komandasına dəvət alıb. 

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.

Gənc futbolçu avqustun 18-də başlayacaq təlim-məşq toplanışında iştirak edəcək. Nigeriya sentyabrın 27-də Çilidə start götürəcək 20 yaşlılar arasında dünya çempionatının final mərhələsində mübarizə aparacaq. 

Qeyd edək ki, 18 yaşlı Nasiru daha öncə Nigeriyanın U-20 millisinin heyətində 4 oyun keçirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest