Mustafa Sanqare komandasına kömək edə bilməyəcək. 26 yaşlı malili hücumçunun ayaq əzələsində zədə var.
"Levski" UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Sabah"ın qonağı olacaq.
Matc.az xəbər verir ki, Sofiya təmsilçisi qarşılaşmaya ciddi itki ilə çıxacaq.
Mustafa Sanqare komandasına kömək edə bilməyəcək. 26 yaşlı malili hücumçunun ayaq əzələsində zədə var.
Bolqarıstan çempionatının "Spartak" (Varna) ilə oyununda əzələsində ağrı hiss edən Georgi Georgi Kostadinovun zədəsi ciddi deyil. Onun oynaması üçün heç bir problem yoxdur. Karl Fabye də Azərbaycandakı qarşılaşmada iştirak edə biləcək.
Qeyd edək ki, "Sabah" Sofiyada keçirilən ilk matçda "Levski"yə 0:1 hesabı ilə uduzub. Cavab oyunu ayın 14-də Bakıda baş tutacaq.