"Selta" "Betis"dən icarəyə götürdüyü Borxa İqlesiasın transfer hüquqlarına yiyələnib.

Matc.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Viqo təmsilçisi ispaniyalı forvard üçün "Betis"ə 2 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, 32 yaşlı Borxa İqlesias ötən mövsüm icarə əsasında formasını geyindiyi "Selta"nın heyətində meydana çıxdığı 39 oyunda 11 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest