"Brayton"un futbolçusu Xulio Enkiso karyerasını İtaliyada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Mercato" nəşri məlumat yayıb.

"Roma" və "Atalanta" paraqvaylı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir.

İngiltərə klubu 21 yaşlı oyunçunu satmağın əleyhinə deyil. "Qağayılar" 1 illik müqaviləsi qalan futbolçu üçün 25 milyon avro tələb edir.

Qeyd edək ki, Xulio Enkiso ötən mövsümün ikinci yarısını icarə əsasında "İpsviç Taun"un heyətində keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest