"Çelsi"nin hücumçusu Nikolas Cekson Premyer Liqada klubunu dəyişməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Nyukasl" seneqallı forvardı transfer etmək istəyir. Premyer Liqa təmsilçisinin rəsmiləri 24 yaşlı futbolçunun meneceri ilə görüşüb.

Seneqal millisinin üzvü "Nyukasl"a keçməyə isti yanaşır.

Qeyd edək ki, Nikolas Cekson ötən mövsüm "Çelsi"nin heyətində keçirdiyi 37 oyunda 13 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest