12 Avqust 2025, 14:18
FUTBOL
"AZ Alkmar"ın futbolçusu Ernest Poku karyerasını Almaniyada davam etdirəcək.
Matc.az xəbər verir ki, "Bayer" niderlandlı vingeri transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Leverkuzen təmsilçisi 21 yaşlı oyunçu üçün onun klubuna 10 milyon avro təzminat ödəyib. Niderland U-21 millisinin üzvü "Bayer"lə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ernest Poku ötən mövsüm "AZ Alkmar"ın heyətində keçirdiyi 46 oyunda 4 qol vurub, 10 qol ötürməsi edib.