12 Avqust 2025, 13:11
FUTBOL
"Mançester Yunayted"dən ayrılan Viktor Lindelöf karyerasını Almaniyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Bayer" azad agent statusunda olan mərkəz müdafiəçisinin xidmətindən maraqlıdır. Leverkuzen təmsilçisinin baş məşqçisi Erik ten Haq "Mançester Yunayted"də birlikdə çalışdığı Lindelöfü yenidən sərəncamında görmək istəyir.
Qeyd edək ki, Viktor Lindelöf ötən mövsüm "Mançester Yunayted"in heyətində 25 oyunda meydana çıxıb.