"Mançester Siti"nin vingeri Cek Qriliş "Everton"a keçib.

Matc.az xəbər verir ki, bu barədə "mersisaydlılar"ın mətbuat xidməti məlumat yayıb.

Söhbət bir illik icarədən gedir. Müqaviləyə 58 milyon avroya satın alma opsionu daxildir. Qriliş "Everton"da 18 nömrə altında çıxış edəcək.

Qeyd edək ki, "Mançester Siti" vingeri 2021-ci ilin yayında "Aston Villa"dan 100 milyon funt-sterlinqə alıb. Bu müddət ərzində 29 yaşlı yarımmüdafiəçi 157 oyun keçirib, 17 qol vurub və 23 məhsuldar ötürmə verib. "Transfermarkt" portalı Qrealişi 28 milyon avro qiymətləndirir.

Ötən mövsüm cinah oyunçusu "Mançester Siti"nin əsas heyətində yerini itirib və sonuncu dəfə ötən ilin oktyabrında İngiltərə millisinə çağırılıb. Ümumilikdə o, millinin heyətində 39 oyun keçirib və 4 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest