"Parma"nın futbolçusu Dennis Man karyerasını Niderlandda davam etdirəcək.

Matc.az xəbər verir ki, PSV rumıniyalı vingeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Eyndhoven təmsilçisi Man üçün onun klubuna 8,5 milyon avro təzminat ödəyib. 26 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dennis Man ötən mövsüm "Parma"nın heyətində keçirdiyi 34 oyunda 4 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest