12 Avqust 2025, 22:05
FUTBOL
"Selta" hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə Viqo klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, komanda "Betis"dən Borxa İqlesiası transfer edib. 32 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Borxa ötən mövsüm 37 matçda 11 qolla yadda qalıb.