İspaniya La Liqasının 2025/26 mövsümündən etibarən oyunlarını idarə edəcək hakim komandalarının heyətləri yalnız oyunlardan bir gün əvvəl açıqlanacaq.

Matc.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hakimlərə əlavə təzyiq yaradan hakim heyətlərinin əvvəlcədən elan edilməsi praktikasından imtina etmək qərara alınıb. Bundan sonra Peşəkar Yarışların Hakimlər Komitəsi (CACP) hər bir qarşılaşma üçün hakimlər briqadasının heyətini oyundan bir gün əvvəl, ən geci 16:00-dan sonra dərc edəcək.

Xatırladaq ki, İspaniya La Liqasının yeni mövsümü avqustun 15-də "Jirona" - "Rayo Valyekano" və "Vilyarreal" - "Ovyedo" matçları ilə başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest