İmişli PFK qanalı yarımmüdafiəçi Yaw Moses ilə 2 illik müqavilə imzalayıb. O, qarşıdakı mövsümlərdə meydanda komandamızın uğurları üçün mübarizə aparacaq. İmişli PFK ailəsinə xoş gəldin, Yaw!

Premyer Liqaya yüksələn "İmişli" heyətinə yeni futbolçu cəlb edib.

Matc.az xəbər verir ki, bölgə təmsilçisi Yav Mozeslə anlaşıb.  Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qanalı dayaq yarımmüdafiəçisi ilə  2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yav Mozesin son klubu Portuqaliya təmsilçisi "Torrense" olub. 26 yaşlı futbolçu ötən mövsüm komandanın heyətində 2 rəsmi matçda  meeydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest