06 Avqust 2025, 13:40
FUTBOL
"Liverpul"un hücumçusu Darvin Nunes karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Əl-Hilal" uruqvaylı forvardın transferi ilə bağlı İngiltərə klubunu razı sala bilib. Ərəblər 26 yaşlı futbolçu üçün 53 milyon avro və bonuslar ödəyəcək.
Qeyd edək ki, Darvin Nunes ötən mövsüm "Liverpul"un heyətində keçirdiyi 45 oyunda 7 qol vurub, 7 qol ötürməsi edib.