06 Avqust 2025, 11:56
FUTBOL
"Beşiktaş" UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Sent Patriks"in qonağı olacaq.
Matc.az xəbər verir ki, İstanbul nəhəngi İrlandiyadakı görüşə ciddi itki ilə çıxacaq.
Müdafiəçi Feliks Udokay komandaya kömək edə bilməyəcək. Almaniyalı futbolçunun səhhətində problem yaranıb.
Qeyd edək ki, "Sent Patriks" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.