"Empoli"nin müdafiəçisi Saba Qoqliçidze İtaliyada klubunu dəyişib.

Matc.az xəbər verir ki, "Udineze" gürcü futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A Seriyası təmsilçisi Gürcüstan millisinin üzvü üçün 4 milyon avro təzminat ödəyib. "Udineze" 21 yaşlı mərkəz müdafiəçisi ilə 5  illik müqavilə imzalayıb.

Qeyd edək ki, Saba Qoqliçidze ötən mövsüm "Empoli"nin heyətində keçirdiyi 36 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest