06 Avqust 2025, 15:31
FUTBOL
ÇSKA-nın yarımmüdafiəçisi Matvey Kislyak karyerasını Türkkiyədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.
"Qalatasaray" rus futbolçunu transfer etmək istəyir. "Sarı-qırmızılar" 20 yaşlı orta xətt oyunçusu üçün Moskva klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Matvey Kislyak bu mövsüm ÇSKA-nın heyətində keçirdiyi 5 oyunda 2 qol ötürməsi edib. O, Rusiya millisinin üzvüdür.