"Lester Siti"nin yarımmüdafiəçisi Vilfred Ndidi karyerasını Türkiyədə davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyaası məlumat yayıb.

"Beşiktaş" nigeriyalı futbolçunun transferini həll edib. İstanbul nəhəngi 28 yaşlı oyunçu üçün 9,5 milyon avro təzminaat ödəyəcək.

Qeyd edək ki, Vilfred Ndidi ötən mövsüm "Lester  Siti"nin heyətində keçirdiyi 30 oyunda 1 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest