06 Avqust 2025, 14:51
FUTBOL
"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Vest Hem" xorvatiyalı qolkiperin xidmətində maraqlıdır. London təmsilçisi Joze Mourinyonun heyətdə düşünmədiyi 30 yaşlı "əlcək sahibi" üçün Türkiyə klubuna təklif göndərəcək.
Qeyd edək ki, Dominik Livakoviç ötən mövsüm "Fənərbaxça"nın heyətində 32 oyunda iştirak edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.