Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
 
Matc.az xəbər verir ki, bu ada Bolqarıstan “Ludoqorets”indən Elvis Manu, Avstriya “Volfsberger”indən Mixael Lindl, Niderland PSV-sindən Donyell Malen və Serbiyanın “Srvena Zvezda” komandasından El-Fardu Ben-Nabuan iddia edir.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermədən sonra bəlli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest