Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - APOEL matçının hakimləri müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadasına həvalə edib.

Görüşü Filip Qlova idarə edəcək. Ona Frantişek Ferenç və Yan Pozor kömək edəcək. Qarşılaşmada 4-cü hakim funksiyasını Peter Ziemba yerinə yetirəcək.

Hakimlərin işinə yunanıstanlı hakim-inspektor Mixalis Kukulakis qiymət verəcək. Matçda UEFA nümayəndəsi isə rusiyalı İvan Tsitoviç olacaq.

Qeyd edək ki, "Qarabağ" - APOEL görüşü oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest