16 Noyabr 2026, 17:56
FUTBOL
“Mançester Yunayted” “Komo”nun argentinalı yarımmüdafiəçisi Niko Pazı transfer etmək istəyir. Matc.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Arsenal”, “Çelsi” və PSJ də maraqlanır. Bununla belə, transferdə əsas söz sahibi “Real Madrid” ola bilər. İspaniya klubu futbolçunun müqaviləsindəki geri satınalma hüququndan istifadə edə bilər.
Paz bu mövsüm İtaliya çempionatında nümayiş etdirdiyi oyunla Avropanın aparıcı klublarının diqqətini cəlb edib.













