16 Noyabr 2026, 17:55
FUTBOL
Şotlandiyanın “Aberdin” klubu Mario Friki yeni baş məşqçi təyin edib. Matc.az xəbər verir ki, Lixtenşteyn millisinin sabiq çalışdırıcısı bu vəzifədə Stiven Robinsonu əvəzləyib.
Diqqətçəkən məqam odur ki, “Aberdin” 2026-cı ildə artıq dördüncü baş məşqçi ilə çalışmağa başlayıb. Bu, klubda son aylarda yaşanan qeyri-sabitliyin göstəricisi kimi qiymətləndirilir.













