Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Andorra yığması ilə keçiriləcək yoldaşlıq görüşü öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, mütəxəssis qarşılaşmanın millinin sabiq kapitanı Emin Mahmudova həsr olunacağını bildirib.

Abbasov futbolçuya təşəkkür edib, karyerasının davamında uğurlar arzulayıb:

“Millidə çox futbolçu çıxış edib, amma əsas məsələ iz qoymaqdır. Emin də belə futbolçulardandır. Məşqçi kimi onun oyununu həmişə bəyənmişəm. Sabah Emin üçün meydana çıxacağıq”.

Baş məşqçi ilin son oyununda qələbə qazanmaq istədiklərini və heyətdə rotasiyaya əl atacaqlarını da vurğulayıb. O, xüsusilə gənc futbolçulara şans verməyi planlaşdırdıqlarını söyləyib.

Ayxan Abbasov penalti təyin olunacağı təqdirdə zərbəni Emin Mahmudovun yerinə yetirəcəyini, onun meydanda olmadığı halda isə bu işi Toral Bayramovun görəcəyini açıqlayıb.

Qeyd edək ki, noyabrın 16-da keçiriləcək Andorra – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Baş məşqçinin sözlərinə görə, Anton Krivotsyukdan başqa komandada itki yoxdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest