Beləliklə, 6 oyundan sonra xalı olmayan Türkiyə millisi qrupda sonuncu yeri tutub. Komanda rəqib qapılarından 4 top keçirib, öz qapısından isə 15 qol buraxıb.
Türkiyə millisi UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə A Liqasının qrup mərhələsini uğursuz nəticə ilə başa vurub. Matc.az xəbər verir ki, Sergen Yalçının baş məşqçisi olduğu kollektiv 1-ci qrupda keçirdiyi 6 qarşılaşmanın hamısında məğlub olub.
Türkiyə yığması Fransa (0:1, 1:2), İtaliya (1:4, 1:3) və Belçikaya (0:3, 1:2) hər iki görüşdə uduzub.
Beləliklə, 6 oyundan sonra xalı olmayan Türkiyə millisi qrupda sonuncu yeri tutub. Komanda rəqib qapılarından 4 top keçirib, öz qapısından isə 15 qol buraxıb.
Bu nəticə ilə Türkiyə yığmasının növbəti mövsümdə B Liqasında çıxış etməsi gözlənilir. Bununla belə, komandanın pley-off mərhələsinə vəsiqə qazanmaq üçün cüzi şansı qalır.
Bunun üçün Serbiya bu gecə keçiriləcək matçda Yunanıstana ən azı 5 top fərqi ilə məğlub olmalıdır. Serbiya 4 və ya daha az top fərqi ilə uduzarsa, yaxud xal qazanarsa, Türkiyə millisi B Liqasına düşəcək.












