Türkiyənin "Trabzonspor" klubu Rusiyada keçirdiyi yoxlama oyununda “Zenit”ə böyük hesabla məğlub olub. Matc.az xəbər verir ki, Sankt-Peterburqdakı “Qazprom Arena”da təşkil olunan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Zenit”in heyətində Felipe Auqusto 13-cü dəqiqədə hesabı açıb. Görüşün 58-ci dəqiqəsində Ahmet Cemil Güren avtoqolla fərqi artırıb. Aleksandr Sobolev isə 75-ci dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib.

Qeyd edək ki, qarşılaşma milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı təşkil olunub.

Mahir AXUND

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest