Braziliya millisinin Yaponiya ilə yoldaşlıq görüşü gözlənilməz hadisələrlə yadda qalıb. Matc.az xəbər verir ki, qarşılaşmada 2:3 hesabı ilə məğlub olan Braziliya yığmasında Rafinya və baş məşqçi Karlo Ançelotti qırmızı vərəqə ilə cəzalandırılıblar.

Yaponiya millisinin qələbə qolundan sonra braziliyalı futbolçular və məşqçilər korpusu hakim qərarlarına etiraz ediblər. Etirazlar nəticəsində Rafinya və Ançelotti meydandan kənarlaşdırılıblar.

Rafinya baş verənlərdən sonra üzr istəyib, eyni zamanda hakim idarəçiliyindən narazılığını ifadə edib.

Qeyd edək ki, Rafinya aldığı qırmızı vərəqəyə görə Braziliyanın növbəti yoldaşlıq görüşünü buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest