16 Noyabr 2026, 17:27
FUTBOL
İngiltərənin “Middlsbro” klubu hücumçusu Vill Lankşiri qış transfer pəncərəsində satmaq niyyətində deyil. Matc.az xəbər verir ki, 22 yaşlı futbolçu cari mövsümdə Çempionşipdə 15 qol vuraraq bir sıra Premyer Liqa klublarının diqqətini çəkib.
Lankşir oktyabr ayında Çempionşipin ayın futbolçusu seçilib. Hazırda zədədən bərpa olunan hücumçunun komandaya qayıtması gözlənilir.
“Middlsbro” rəhbərliyi futbolçunu mövsümün sonuna qədər heyətdə saxlamaq istəyir.













