16 Noyabr 2026, 17:05
FUTBOL
Nike 2027/28 mövsümündən etibarən UEFA-nın kişi klublararası turnirlərinin rəsmi top təchizatçısı olacaq. Matc.az xəbər verir ki, razılaşmaya əsasən, Amerika şirkəti Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası da daxil olmaqla bir sıra turnirləri toplarla təmin edəcək.
Beləliklə, uzun illər Çempionlar Liqasının toplarını istehsal edən Adidas bu əməkdaşlığı itirəcək. Müqavilə 2031-ci ilə qədər qüvvədə olacaq.
Maraqlı məqam ondan ibarətdir ki, Nike 20 ildən artıq fasilədən sonra yenidən Çempionlar Liqasının əsas top təchizatçısına çevriləcək.













