Bu gün UEFA Millətlər Liqasında növbəti turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, A və C liqaları çərçivəsində ümumilikdə 8 qarşılaşma baş tutacaq.

Günün diqqətçəkən görüşləri A Liqasında keçiriləcək. Türkiyə millisi Belçikanı qəbul edəcək, İtaliya Fransa ilə, Çexiya İspaniya ilə, İngiltərə isə Xorvatiya ilə üz-üzə gələcək.

C Liqasında da maraqlı qarşılaşmalar az olmayacaq. Ermənistan Kiprlə, Albaniya Finlandiya ilə, San-Marino Belarusla, Monteneqro isə Latviya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Millətlər Liqası
12 noyabr
A Liqası

21:00 Türkiyə – Belçika
23:45 İtaliya – Fransa
23:45 Çexiya – İspaniya
23:35 İngiltərə – Xorvatiya

C Liqası

21:00 Ermənistan – Kipr
23:45 Albaniya – Finlandiya
23:45 San-Marino – Belarus
23:45 Monteneqro – Latviya

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest