İspaniya klubunun mərhum hücumçusu Xesus De Migelin xatirəsi ilk oyunda xüsusi mərasimlə anılıb. Matc.az xəbər verir ki, İspaniyanın “Tenerife” klubu hücumçusu Xesus De Migelin vəfatından sonra ilk oyununa çıxıb.

Sequnda Divizionunun 13-cü turunda “Seuta”nı qəbul edən komanda qarşılaşmadan əvvəl mərhum futbolçunun xatirəsini yad edib. Hər iki komandanın futbolçuları meydana De Migelin adı və 9 nömrəli forması ilə çıxıblar. Daha sonra stadionda bir dəqiqəlik sükut elan olunub.

Matçın 9-cu dəqiqəsində isə hakim oyunu dayandırıb və tribunalar futbolçunun xatirəsini alqışlarla anıb. “Tenerife” azarkeşləri tribunada “Xesus De Migel, 9, əbədi olaraq mavi-ağlı” yazılmış pankart açıblar.

Qarşılaşmanın 40-cı dəqiqəsində Naço Gil hesabı açıb. O, qol sevincini De Migelin formasını əlinə alaraq yaşayıb və futbolçunun xatirəsinə ehtiramını ifadə edib. 85-ci dəqiqədə Nil Virek fərqi artıraraq komandasının 2:0 hesablı qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, 30 yaşlı Xesus De Migel noyabrın 3-də, “Andorra” ilə oyunda qapıçı Xesus Ovononun zərbəsindən sonra ürəyində yaranan problemlər səbəbindən vəfat edib. Hadisə noyabrın 2-də keçirilən qarşılaşma zamanı baş verib. İspaniya Futbol Federasiyasının intizam komitəsi Ovononu 12 oyunluq diskvalifikasiya edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest