Azərbaycan Basketbol Liqasında VII tura bu gün yekun vurulacaq. Matc.az xəbər verir ki, turun sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Saat 19:00-da NTD "Naxçıvan"la, "Sumqayıt" isə "Ordu" ilə üz-üzə gələcək.

NTD – "Naxçıvan" oyunu Bakı İdman Sarayında, "Sumqayıt" – "Ordu" qarşılaşması isə Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Neftçi"ni 93:78, "LANDAU Lions" isə "Gəncə"ni 85:62 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest