16 yaşlı hücumçu Andorra ilə oyunda meydana çıxdı, ilk qolunu vurmağa isə çox yaxın oldu.

Kriştiano Ronaldonun oğlu Kriştiano Ronaldo Junior Portuqaliyanın U-17 millisində debüt edib. Matc.az xəbər verir ki, Gənc futbolçu 2027-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığmasına qarşı keçirilən görüşdə meydana çıxıb. Portuqaliya millisi rəqibini 4:0 hesabı ilə məğlub edib.

Ronaldo Junior qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 74-cü dəqiqədə meydana daxil olub. O, debüt oyununda qol vurmağa da yaxın olub. Görüşün 88-ci dəqiqəsində sol cinahdan göndərilən ötürməni başla tamamlayan hücumçunun zərbəsi qapının yanından cüzi fərqlə keçib.

Qeyd edək ki, Portuqaliyanın qələbəsində Dieqo Farinya dubl edib, Kaua Miranda və Rafael Kabral isə hərəyə bir dəfə fərqləniblər.

Maraqlı məqamlardan biri də Ronaldo Juniorun debütünü Portuqaliya millisinin əsas komandasının futbolçularının tribunadan izləməsi olub. Vitinya, Joau Kanselu, Joau Feliks və Joau Neveş gənc futbolçunun ilk oyununu izləyənlər arasında olublar.

16 yaşlı hücumçu daha əvvəl Portuqaliyanın U-15 və U-16 komandalarında da çıxış edib. Hazırda o, atasının da formasını geyindiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun akademiyasında futbolçu kimi inkişafını davam etdirir.

Xatırladaq ki, Kriştiano Ronaldo Portuqaliya millisində 23 il çıxış edib. O, milli komandanın heyətində 146 qol vuraraq tarixə düşüb. İndi isə futbol ictimaiyyətinin diqqəti onun oğlunun bu uğurlu yolu davam etdirə bilib-bilməyəcəyinə yönəlib.

Matc.az xəbər verir ki,

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest