08 Noyabr 2026, 16:30
FUTBOL
Azərbaycan Basketbol Liqasında VI turun növbəti oyunu keçirilib. Matc.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Gəncə” doğma meydanda “Sumqayıt”ı qəbul edib.
Gəncə İdman Sarayında baş tutan görüş qonaqların 80:76 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun növbəti oyununda “Naxçıvan” “LANDAU Lions”la üz-üzə gələcək.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Sabah” “Ordu”ya (93:81), “Neftçi” isə NTD-yə (82:63) qalib gəlib.













