Azərbaycan Premyer Liqasında 11-ci tur davam edir. Matc.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 oyundan 1-i artıq başa çatıb.
“Şəfa” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bu görüşün 16:00-da başlaması planlaşdırılsa da, "Araz-Naxçıvan"ın tıxacda qalması səbəbindən oyun saat 16:15-də start götürüb.
Günün digər matçında isə “Zirə” “Qəbələ” ilə qarşılaşıb. Görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasının 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib.
Azərbaycan Premyer Liqası
I dövrə, XI tur
7 noyabr
“Şəfa” - “Araz-Naxçıvan” - 2:2
"SOCAR Polymer Arena". Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev.
“Şəfa”: 97. Tiaqo Silva 42. Elnur Cəfərov (k) 5. Arsen Ağcabəyov 21. İsmayıl Zülfüqarlı 83. Nihad Quliyev 6. Fərid Yusifli 18. Bafode Dansoko 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu 9. Luis Felipe
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 99. Məmməd Hüseynov 3. Tərlan Quliyev 28. Murad Musayev 55. Rauf Hüseynli 29. Vüsal Qənbərov 23. Nahid Əliyev 77. Elmar Məmmədov 8. Vlad Pop 22. Umar Diav 34. Kristofer Mamenqi 7. Treyvon Fuller
“Araz-Naxçıvan”: 1. Artur Auqusto 14. Ülvi İsgəndərov 2. Abdulla Rzayev 9. Ağadadaş Salyanskiy 27. Boyan Letiç 6. Patrik Andrade (k) 11. Mohamed Mara 36. Mamadu Kane 12. Bruno Franko 10. Şarl Boli 5. Luka Dumançiç
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli 26. Ömər Buludov 13. Qabil Əlizadə 22. Rəşad Həsənov 53. Fərid Tağıyev 21. İbrahim Piriyev 77. Nihat Mehralıyev 19. Abdallah Sudi
“Zirə” - “Qəbələ” - 2:1
Qol: Davit Volkov, 11 (1:0), İsmael Akinade, 14 (1:1), Kris Diqbeu, 89 (2:1)
Zirə İdman Kompleksinin stadionu.Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov.
“Zirə”: 13. Aydın Bayramov 32. Qismət Alıyev (k) 14. Elçin Əlicanov 11. Ayxan Hüseynov 4. Ruan Renato 9. Davit Volkov 21. Rikardo Martins 5. Ange Mutsinzi 3. Dimitri Leqbo 7. Eren Aydın 33. Mehdi Mişahşah
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev 41. Anar Nəzirov 6. Hacıağa Hacılı 2. Amin Seydiyev 48. Ramiz Muradov 57. Yusif Hacıyev 17. Vierinya 23. Dameyn Smit 29. Kris Diqbeu
“Qəbələ”: 1. Səlahət Ağayev (k) 4. Elvin Camalov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 23. Rafael Utziq 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 80. Meşak Uboçioma 3. Edson Eduardo
Ehtiyat oyunçular: 32. Artur Motta 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 21. Ziya Şəkərxanov 8. Endri Çekici 7. Bruno Silva 5. Natan Monzanqo
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" isə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.













