Portuqaliya millisində Kriştianu Ronaldunun beynəlxalq karyerasını başa vurmasından sonra yeni mərhələ başlayıb. Yığmanın baş məşqçisi Jorje Jezuş kapitanın gedişindən sonra ilk heyətini açıqlayıb. Matc.az  xəbər verir ki, Portuqaliya Futbol Federasiyası Ronaldunun milli komandaya xidmətlərini xüsusi mərasimlə qeyd edəcəyini vəd edib.

Federasiyanın prezidenti Pedro Proensa 41 yaşlı hücumçunun ölkə futboluna verdiyi töhfələri yüksək qiymətləndirib. O, Ronaldunun liderliyinin və futbol irsinin heç vaxt unudulmayacağını bildirib.

Jorje Jezuş isə Ronaldunun qərarından sonra ilk dəfə jurnalistlərin suallarını cavablandırıb. Mütəxəssis futbolçunun milli komandadan ayrılması ilə bağlı yaranan fikir ayrılıqlarına da münasibət bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldo Portuqaliya millisində 234 oyun keçirib və 146 qol vurub. O, yığmanın tarixində həm oyun sayına, həm də qol göstəricisinə görə rekordçudur.

Portuqaliya millisi noyabr ayında Uels və Danimarka ilə Millətlər Liqası çərçivəsində qarşılaşacaq. Bu oyunlar Ronaldusuz yeni komandanın ilk ciddi sınaqları olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest