İngiltərənin “Reksem” klubunda rəhbərlik dəyişikliyi baş verib. Matc.az xəbər verir ki, klubun baş icraçı direktoru Maykl Uilyamson vəzifəsini tərk edib. Bu barədə Uels təmsilçisinin rəsmi açıqlamasında məlumat verilib.

İki il ərzində klubda çalışan Uilyamsonun ayrılmasından sonra direktor Şon Harvi müvəqqəti olaraq baş icraçı direktor vəzifəsini icra edəcək.

Qeyd edək ki, “Reksem” son illərdə Hollivud aktyorları Rayan Reynolds və Rob Makelhenni tərəfindən satın alınmasından sonra dünya futbolunun diqqət mərkəzinə düşüb. Klub aşağı liqalardan yüksələrək İngiltərə Çempionşipində mübarizə aparır.

Rəhbərlik dəyişikliyinin klubun gələcək strategiyasına necə təsir edəcəyi maraq doğurur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest