Misirdə gənc futbol istedadlarının aşkarlanması və inkişaf etdirilməsi məqsədilə beş regional futbol mərkəzi yaradılacaq. Matc.az xəbər verir ki, ölkənin Gənclər və İdman Nazirliyi beynəlxalq “Right to Dream” akademiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Layihə çərçivəsində gənc futbolçuların seçilməsi, peşəkar hazırlıq keçməsi və təhsillə təmin olunması nəzərdə tutulur. İstedad axtarışı Misirin bütün əyalətlərini əhatə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest