Türkiyənin iki nəhəng klubu “Qalatasaray” və “Fənərbağça” millinin ulduzu Hakan Çalhanoğlunu heyətinə qatmaq istəyir. Matc.az xəbər verir ki, İtaliya mətbuatında yayılan məlumata görə, hər iki İstanbul təmsilçisi “İnter”də çıxış edən yarımmüdafiəçinin transferi üçün ciddi addımlar atmağa hazırlaşır.

Hakan Çalhanoğlunun Milan klubu ilə müqaviləsinin mövsümün sonunda başa çatması bu keçid ehtimalını daha da aktuallaşdırıb.

Türkiyəli futbolçunun gələcəyi ilə bağlı yekun qərarının yaxın aylarda verilməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest