20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabr ayında iki mərhələdən ibarət təlim-məşq toplanışı keçəcək. Matc.az xəbər verir ki, U-20 millimiz noyabrın 9-dan 15-dək Qəbələdə, ayın 16-dan 21-dək isə Bakıda hazırlıq keçəcək.

Toplanış çərçivəsində keçiriləcək yoldaşlıq görüşləri və rəqiblər barədə əlavə məlumat veriləcək.

Baş məşqçi hazırlıq prosesinə 24 futbolçu dəvət edib. Onların siyahısını təqdim edirik:

  1. Həbib Hüşənov – Qəbələ

  2. Aftandil Arıxov – Sumqayıt

  3. Elbrus Kərimov – MOİK

  4. Uğur Qurbanlı – Qarabağ

  5. Rəvan Feyziyev – Qəbələ

  6. Murad Qurbanov – Zirə

  7. Həzrət Səmədov – Sabah

  8. Rəşad Alışov – Qarabağ

  9. Vüsal Paşayev – Sumqayıt

  10. Əhməd Tarverdiyev – Sabah

  11. Nadir Orucov – Sumqayıt

  12. İslam Həsənov – Grafiçar (Serbiya)

  13. Raul Süleymanov – Herta (Almaniya)

  14. Pünhan Qasımzadə – Neftçi

  15. Hikmət Cəbrayılzadə – Qarabağ

  16. Anar Hüseynov – Sabah

  17. İbrahim Babayev – Barselona (İspaniya)

  18. Eltun Babazadə – Şəfa

  19. Əli Bəşirov – Qarabağ

  20. Ziya Şəkərxanov – Qəbələ

  21. Şahin İbrahimov – Sabah

  22. Şahnur İsmayılov – Kəpəz

  23. Nicat Nərimanov – Brommapoykarna (İsveç)

  24. Nihad Orucəli – Sumqayıt

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest