08 Noyabr 2026, 16:19
FUTBOL
“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev Ağdam təmsilçisinin heyətində Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib. Matc.az xəbər verir ki, 32 yaşlı qolkiperin yubiley matçı Misli Premyer Liqasının XI turunda “Turan Tovuz”a qarşı ev görüşünə təsadüf edib. Ağdam klubu bu qarşılaşmada 0:1 hesabı ilə məğlub olub.
Şahrudin Məhəmmədəliyev “Qarabağ”ın heyətində Premyer Liqada debütünü 2016/2017 mövsümündə edib. O, 11 mövsüm ərzində keçirdiyi oyunlarda qapısında 54 qol görüb.
Qeyd edək ki, Məhəmmədəliyev Azərbaycan Premyer Liqasının tarixində eyni klubun heyətində 100 və daha çox oyun keçirən 218-ci futbolçu olub.













