21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 9-dan 17-dək təlim-məşq toplanışı keçəcək. Matc.az xəbər verir ki, yığma hazırlıq prosesində Bakıdakı Dalğa Təlim-Məşq Mərkəzində məskunlaşacaq.
Baş məşqçi komandanı bu toplanış çərçivəsində iki yoldaşlıq oyununda da sınayacaq. Belə ki, U-21 noyabrın 14-də və 17-də Oman U-23 millisi ilə qarşılaşacaq.
Görüşlərin keçiriləcəyi stadion və başlama saatı barədə əlavə məlumat veriləcək.
Azərbaycan U-21 millisinin hazırlıq prosesinə dəvət olunan futbolçuların siyahısı:
-
Sadiq Məmmədzadə – İmişli
-
Səlim Həşimov – Gəncəbasar
-
Teymur Həsənov – Qarabağ
-
Ceyhun Bağırzadə – Şamaxı
-
Elgün Dünyamaliyev – Sabah
-
Hüseyn Hüseynov – Mingəçevir
-
Timur Vəliyev – Master-Saturn (Rusiya)
-
Məhəmməd Məhəmmədov – Neftçi
-
Həsən Məmmədli – Rot-Vays Oberhausen (Almaniya)
-
Mikael Cəbrayılov – İnter Barselona (İspaniya)
-
Allahverdi Rəhimov – Zaqatala
-
Elnur Mustafayev – Mingəçevir
-
Yusif Hacıyev – Zirə
-
Qədir Ramazanov – Qəbələ
-
Ceyhun Kəlbəliyev – Şimal
-
Dinamin Bağırov – Gəncəbasar
-
Cuma Hüseynov – Qəbələ
-
Elmar Məmmədov – Şəfa
-
Əli Xəlilov – Aleksandriya (Ukrayna)
-
Müzəffər Qurbanov – Dnepr (Belarus)
-
İlkin Cəfərli – Sabah
-
Elşən Hidayətov – Baku Sporting
-
Yusif Mehtiyev – Lokomotiv (Gürcüstan)
-
Niyazi Osmanov – Şimal













