Türkiyə Futbol Federasiyasının (TFF) Tahkim Kurulu “Fənərbağça”nın futbolçusu Arçi Braunla bağlı qərarını açıqlayıb. Matc.az xəbər verir ki, qurum ingiltərəli müdafiəçiyə verilən üç oyunluq cəza ilə bağlı İstanbul təmsilçisinin apellyasiya şikayətini rədd edib.

Qərara əsasən, futbolçunun “Qalatasaray”la keçirilən derbidən sonra baş verən insidentdə iştirakı səbəbindən aldığı üç rəsmi matçlıq diskvalifikasiya və 100 min Türkiyə lirəsi məbləğində cərimə qüvvədə saxlanılıb.

Tahkim Kurulu hesab edib ki, futbolçuya verilən cəzanın hüquqi əsaslandırılmasında və müəyyənləşdirilməsində hər hansı nöqsan yoxdur. Qərar yekdilliklə qəbul edilib.

Beləliklə, Arçi Braun “Fənərbağça”nın “Arca Çorum FK”, “Kocaelispor” və “Ərzurumspor”la qarşılaşmalarında meydana çıxa bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest