Türkiyənin “Trabzonspor” klubunda ciddi kadr problemi yaranıb. Matc.az xəbər verir ki, komandanın beş futbolçusu zədə səbəbindən Türkiyə Super Liqasının XI turunda “Alanyaspor”la keçiriləcək qarşılaşmada iştirak etməyə bilər.

Məlumata görə, müdafiəçilər Batagov və Mustafa ilə yanaşı, Okay, Franskulino və Aral da zədə səbəbindən komandanın xidmətində olmayacaqlar.

Bundan əlavə, Mendi və Buşuari də müxtəlif səbəblərdən qarşılaşmanı buraxacaqlar.

Qeyd edək ki, “Trabzonspor” noyabrın 8-də səfərdə “Alanyaspor”un qonağı olacaq. Çoxsaylı itkilər fonunda bu qarşılaşma Trabzon təmsilçisi üçün ciddi sınaq olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest